Şәkil üzrә iş
Müzakirә edin:
- Nə üçün heyvandarlıq fermaları (3) dağətəyi ərazilərdə yerləşdirilmişdir?
- Nəyə görə taxıl əkinləri (1) yaşayış məntəqəsindən uzaqda, istixanalar (5) isə daha yaxında
yerləşir?
- Quşçuluq fermalarını (4) yerləşdirmək harada daha əlverişlidir?
- Pambıq əkinlərinin (2) çaysahili düzənliklərdə yerləşmə səbəbini izah edin.
1. Taxıl əkinləri
2. Pambıq əkinləri
3. Heyvandarlıq fermaları
4. Quşçuluq fermaları
5. İstixanalar
Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı və yerləşdirilməsi təbii şərait
amillərindən – iqlim, relyef, torpaq və su ehtiyatlarından bilavasitə asılıdır. Lakin
bəzi sahələr xeyli sayda işçi qüvvəsi tələb etdiyinə görə onların yerləşdirilməsində
əhalinin sıx məskunlaşması nəzərə alınır.