Quşçuluq fermalarının taxıl əkinlərinə yaxın yerləşdirilməsi isə yem bazasının yaxın olması deməkdir.
İstehsal müəssisələrini yerləşdirərkən ekoloji amilin vacibliyi mühüm şərtdir. Hava, torpaq və suyu çirkləndirən müəssisələrin yerləşdirilməsi zamanı onların təbiətə və insanların sağlamlıqlarına vura biləcək zərər mütləq nəzərə alınmalıdır.
Təsərrüfat sahələrinin yerləşdirilməsində iqtisadi-coğrafi mövqeyin dә rolu böyükdür. İqtisadi-coğrafi mövqe – müəssisənin nəqliyyat magistralına, enerji və su mənbələrinə yaxınlığıdır.
Xidmət sahələrinin yerləşdirilməsi zamanı əhalinin məskunlaşması nəzərə alınır. Belə müəssisələr, əsasən, iri şəhərlərdə yaradılır.
Təsərrüfat sahələri | Yerləşməsinə təsir edən amillər | |||
Xammal | Enerji | İxtisaslı kadr | Qadın əməyi | |
Mineral ehtiyat amili | Işçi qüvvəsi amili | Enerji amili | Elmilik amili |