Əlvan metallar |
Xammal mənbələrində |
Enerji mənbələrində |
Qalay | ||
Mis | ||
Sink | ||
Qurğuşun | ||
Titan | ||
Maqnezium | ||
Alüminium |
İstehsal müəssisələrinin yerləşdirilməsində ərazinin təbii şəraiti mühüm rol oynayır. Faydalı qazıntıların çıxarıldığı mədənlərin iqlim şəraiti onların maya dəyərinə birbaşa təsir göstərir. Onların emal prosesi isə əsasən xüsusi binalarda yerləşir. Belə müəssisələrin yerləşdirilməsində ərazinin iqlim şəraiti deyil, relyef amili daha mühüm rola malikdir.
İstehsal sexləri, anbar və əlavə yardımçı binaların tikintisi üçün geniş və düzən ərazinin olması vacibdir. Tikinti üçün yollar, xammal, detallar, su, qaz kəmərləri, elektrik xətləri əsas şərtdir. İstehsal üçün vacib detalların müəssisəyə gətirilməsi və ya hazır məhsulların daşınması üçün nәqliyyat magistralları tələb olunur.
Nəqliyyatın inkişafına təsir edən amillər çoxdur. Məsələn, dağlıq ərazilərdə yamacların meyilliyi 18–20°-dən çox olduqda dəmir yollarının çəkilməsi çətindir. Avtomobil yollarının çəkilməsində relyefdən əlavə iqlim şəraiti də nəzərə alınmalıdır. Çünki dağlıq ərazilərdə iqlim sərtdir. Duman və şaxtalı günlərdə yollar daha təhlükəli olur.