ASAN xidmət - (ing. “Azerbaijan Service and AssessmentNetwork”; azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi). mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətləri təmin edən qurumlardır. Hazırda ölkə ərazisində 16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin məqsədi vətəndaşların sosial problemlərini həll etməkdir. Elektron resurslardan istifadə etməklə bu problemlər qısa vaxt ərzində operativ və şəffaf şəkildə həll olunur. 2019-cu ilin sonuna qədər “ASAN xidmət”lərə 35 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur.
Xidmət sahələrinin inkişafı cəmiyyətin inkişafını əks etdirən ən mühüm sahələrdən biridir. Lakin bu sahələrin inkişafı həm də məhsul istehsal edən sahələrdə texnikanın tətbiqi və əhalinin həyat səviyyəsinin inkişafı ilə əlaqədardır.
İnkişaf etmiş ölkələrdə xidmət sahələrindən istifadə edənlərin sayı çoxdur. Bu, əsasən, əhalinin gəlirlərinin yüksək olması ilə əlaqədardır.
İstehsal | Qeyri-istehsal |