Nepal, Banqladeş, Efiopiya, Qvineya, Mozambik, Ruanda, Butan, Uqanda kimi inkişafdan geri qalmış ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin 5–20%-i üçüncü sektorda, mütləq əksəriyyəti isə birinci sektorda çalışır.
Hazırda dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın dördüncü sektoru formalaşır. O, informasiya sahәsini (məlumatların yığılması, təhlili, informasiyalar əsasında idarəetmə), elmi-tədqiqat və onların tətbiq yollarını əhatə edir.
Ölkələr | İl ərzində müxtəlif sahələrdən əldə olunan gəlirlər, %-lə | ||
Kənd təsərrüfatı | Sənaye | Xidmət sahələri | |
Küveyt | 0 | 53 | 47 |
ABŞ | 2 | 25 | 73 |
Fransa | 2 | 27 | 71 |
Polşa | 6 | 39 | 55 |
Rusiya | 7 | 39 | 54 |
Çin | 21 | 48 | 31 |
Hindistan | 29 | 30 | 41 |
Efiopiya | 57 | 10 | 33 |
Soyadı və adı | Kənd təsərrüfatı | Sənaye | Xidmət |