7. Qida sәnayesi – əhalini ərzaqla təmin edən sahədir. Bu sahə tələb olunan xammalı, əsasən, kənd təsərrüfatından alır.
Qida sənayesi kənd təsərrüfatı ilə birlikdə aqrar-sәnaye kompleksini əmələ gətirir.Üçüncü sektor – xidmәt sahәlәrini əhatə edir.
Son illər xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü sektorun - ticarət və nəqliyyat, turizm, rabitə və bank xidməti, səhiyyə və təhsil, kino və teatr və incəsənət sahələri aparıcı mövqeyə keçmişdir. Bu ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin əsas hissəsi üçüncü sektorda çalışır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa ölkələrinin təsərrüfat strukturunda xidmət sahəsində işləyənlərin payı 70%-ə qədərdir. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Çünki yüksək səviyyəli texnoloji avadanlıqları tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır əl əməyi, əsasən, aradan qaldırılmışdır. Bu ölkələrdə bütün sahələrdə texnika geniş tətbiq olunur və az materialtutumlu məhsullar istehsal olunur.