4. Kimya sәnayesi – təbii materialları əvəzləyən süni materialların istehsalını əhatə edir. Müasir dövrdə kimya sənayesinin rolu artmışdır. Bu, elm və texnikanın inkişaf etməsi və istehsala tətbiq olunması ilə əlaqədardır. Kimya sənayesi çoxsahəlidir.
5. Meşә sәnayesi – oduncaq tədarükü və ağac emalı sahələrini əhatə edir. Emal prosesində yaranan tullantılar meşə-kimya məhsullarının (ağac kəpəyindən alınan lövhə və s.) istehsalında istifadə olunur.
6. Yüngül sәnaye – bilavasitə insanların istifadə etdiyi geyim və eləcə də ayaqqabı, çanta, ev əşyaları (yataq dəstləri, xalça və s.) məhsulları istehsal edən qədim sahədir.