Ağac tədarükü, ilk növbədə, oduncaq emalını əhatə edir. Bu sahə meşə ehtiyatlarının zəngin olduğu ekvatorial və mülayim iqlim qurşaqlarında yerləşən ölkələrdə inkişaf etmişdir. Meşə resurslarından istifadənin istiqamətləri fərqlidir: inkişaf etmiş ölkələrdə mebel və kağız; Konqo, Qabon, Surinam və s. kimi ölkələrdə isə əsasən, oduncaq istehsal olunur və ixrac edilir.
İkinci sektor – әldә edilәn ehtiyatların emalıdır. Bu sektora aşağıdakı təsərrüfat sahələri daxildir:
1. Energetika – yanacağın hasilatını, elektrik enerjisinin əldə edilməsini və onun istehlakçıya çatdırılmasını əhatə edir. Enerji istehsalı olmadan digər sahələrin inkişaf etdirilməsi mümkün deyildir.
İnkişaf etmiş ölkələrdə enerji mənbəyi kimi bioehtiyatlardan da (peyin və bitki qalıqları) istifadə olunur.
2. Metallurgiya – filizlərin saflaşdırılması, əridilməsi, prokata çevrilməsi proseslərinin həyata keçirildiyi sahədir.
3. Maşınqayırma – maşın, cihaz və digər növ mexanizmlərin hazırlandığı sahədir. Maşınqayırma digər sahələri avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi ölkənin iqtisadi gücünü əks etdirir.