Resursların əldə edilməsi | Resursların emal edilməsi |
Qədim insanların fəaliyyətini cədvəl üzrə
qruplaşdırın:
1. Heyvan və balıqların ovu
2. Geyimin hazırlanması
3. Əmək alətlərinin hazırlanması
4. Misin çıxarılması
5. Dərinin emal edilməsi
Qədim insanlar öz həyatlarını təmin etmək üçün müxtəlif fəaliyyət növü ilə məşğul olurdular.
İqtisadiyyatın belə bölgüsü yüz min illər ərzində formalaşaraq müasir dövrdə daha da təkmilləşmişdir. Hazırda iqtisadiyyatın dörd sektoru mövcuddur:
Birinci sektor – insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Bu sahəyə faydalı qazıntıların hasilatı, kәnd tәsәrrüfatı, meşә tәdarükü və s. daxildir. Faydalı qazıntıların istehsalı – mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada çıxarılan mineral xammalın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. Onlardan neft, təbii qaz, daş kömür, dəmir filizi, boksit, mis, qalay, qızıl, habelə almaz, fosforit və s. üstünlük təşkil edir.
Əkinçilik və heyvandarlığı birləşdiriən kənd təsərrüfatı da, əsasən, təbii şəraitdən asılıdır. Lakin kənd təsərrüfatının təbii şəraitdən asılılığı elm və texnikanın inkişafı nəticəsində yaradılan istixana və fermalar sayəsində azalmışdır.