1. Əhalinin yaş qruplarından hansı üstünlük təşkil edir? | ||
2. Müxtəlif yaş qruplarında əhali arasında kişilərin və qadınların nisbəti necədir? | Uşaqlar | |
Orta yaşlılar | ||
Yaşlılar | ||
3. Dövlətin qarşısında hansı sosial problemlər durur? |
Əhalinin beynəlxalq miqrasiyası (min nəfərlə) | |||
İllər | Ölkəyə daimi yaşamaq üçün gələnlər | Ölkədən daimi yaşamaq üçün gedənlər | Əhalinin artımı, yaxud azalması |
1990 | 84,3 | 137,9 | |
1995 | 6,2 | 16,0 | |
2000 | 4,4 | 9,9 | |
2005 | 2,0 | 2,9 | |
2010 | 2,2 | 0,8 | |
2015 | 2,3 | 0,4 | |
2019 | 3,2 | 1,5 |
Dünyanın əksər dövlətlərində olduğu kimi, Azərbaycanda da XX əsrdə əhalinin sürətli artımı müşahidə olunmuşdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər olmuş, 2019-cu ildə isə 10 milyona çatmışdır. Hazırda əhalinin cinsi tərkibində qadınların sayının kişilərin sayından az miqdarda üstünlüyü müşahidə olunur: qadınlar 50,1%, kişilər isə 49,9% təşkil edir. 2019-cu ilin statistik göstəricilərinə əsasən, təbii artım 8,4 nəfər olmuşdur. Doğulan uşaqların 53,0%-i oğlanlar, 47,0%-i isə qızlar təşkil etmişdir. Əhalinin yaş tərkibində yaşlı əhalinin payı artmaqdadır və bu, hazırda əhalinin 11%-ni təşkil edir. Əgər bu proses davam edərsə, onda demoqrafik inkişaf əhalinin qocalması prosesinin başlanması ilə səciyyələnər. Orta ömür müddəti 72,6 yaş, o cümlədən kişilərdə 69,9 yaş, qadınlarda 75,4 yaşdır.
Əhalinin sayına miqrasiyalar da təsir edir. 2019-cu ildə Azərbaycanı 1580 nəfər həmişəlik tərk etmiş, 3220 nəfər isə daimi yaşamaq üçün buraya gəlmişdir ki, bu da əhalinin sayına ciddi təsir etməmişdir.