Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan
ölkələrdəndir.
Xәritә üzrә iş
Müzakirә edin:
- “Əhalinin miqrasiyası” xəritə-sxemindən istifadə edərək immiqrasiya və emiqrasiyanın üstün
olduğu Avropa ölkələrini qruplaşdırın və cədvəl şəklində dəftərinizdə yazın.
- İnkişaf etmiş region olsa da, Avropanın bəzi ölkələri emiqrasiya mərkəzləridir. Bunun səbəbləri
barədə fərziyyələrinizi söyləyin.
ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına artır.
Amerika xalqının formalaşmasında kütləvi miqrasiyaların mühüm rolu olmuşdur.
Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının
nəticəsidir. ABŞ-da immiqrasiyanın xarakter və miqyası tarixən dəfələrlə dəyişmişdir.