Təbii artımı sıfırdan aşağı olan ölkələr (1000 nəfərə görə) | Təbii artımı sıfırdan yuxarı olan ölkələr (1000 nəfərə görə) | Təbii artımı sıfıra bərabər olan ölkələr (1000 nəfərə görə) |
... | ... | ... |
... | ... | ... |
Əhalinin ümumi sayının dəyişməsinə yalnız təbii artım deyil, mexaniki artım da səbəb olur. Böyük Coğrafi kəşflər dövründən başlayaraq emiqrasiya regionu hesab olunan Avropa hazırda dünyanın əsas immiqrasiya regionuna çevrilmişdir. Hazırda Avropada 18–20 mln. nəfər əcnəbi işçi vardır ki, onların çoxu vətəndaş statusunda deyil, qastarbayter (almanca “gast“ – qonaq + “arbeiter”– işçi) kimi bu regionda yaşayır. Məsələn, əcnəbi işçilər Lüksemburqda (ümumi əhalinin 39%-i), İsveçrədə (20,1%) üstünlük təşkil edir. Bu ölkələrə xarici işçi qüvvəsi, əsasən, Avropa Birliyi ölkələrindən gəlir ki, onlara da işləmək və yaşamaq üçün xüsusi icazə almağa ehtiyac yoxdur.