Latın Amerikasında da әhali sürәtlә artır. ХХI əsrin başlanğıcında Latın Amerikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və Meksikanın əhalisi isə artıq 100 mln. nəfəri keçmişdir. Ən yüksək təbii artım regionun ən az inkişaf etmiş ölkələri olan Qvatemala, Beliz, Honduras, Salvador və Paraqvayda müşahidə edilir.
Әhalinin yaş strukturuAsiya, Afrika və Latın Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə olunur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi Avropa və ABŞ-a miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək immiqrasiya mərkəzlərinə çevrilmişdir. BƏƏ və Küveytdə işləyən əhalinin 80–90%-i mühacirlərdir.
□İşsizlik artır.
□Ərzaq çatışmazlığı baş verir.
□Doğulanların sayı yüksəlir.
□Əhalinin sayı sürətlə artır.
□Yoxsulluq artır.