Demoqrafik göstəricilər arasında əhalinin cins tәrkibi mühüm rola malikdir. Әhalinin cins tәrkibi kişi və qadınların faiz nisbəti ilə müəyyən olunur.
Kişi və qadınların sayca bərabər olduğu ölkələr | Region | Ölkə |
Kişilərin sayca üstün olduğu ölkələr | ||
Qadınların sayca üstün olduğu ölkələr |
Asiya ölkələrinin əksəriyyətində kişilər sayca üstündür (məsələn, Hindistanda hər 1000 nəfər kişiyə 940, Şri-Lankada isə 897 qadın düşür). Bu, qadınların ağır həyat şəraiti və kişilərin orta ömür müddətinin qadınlara nisbətən çox olması ilə bağlıdır. Rusiya, Avropa və Şimali Amerikada isə qadınlar sayca üstündür. Bu isə qadınların daha uzunömürlü olması ilə əlaqədardır.