Əmək ehtiyatlarının tərkibinə həm də işsizlər daxildir. İş axtaranlar, işləmək istəyənlər, iş tapa bilməyənlər, əlavə gəlir mənbəyi olmayanlar və məşğulluq orqanlarında qeydiyyatdan keçənlər işsiz sayılır. Əmək qabiliyyəti olsa da, işləməyən və ya fəal iş axtarmayan yetkin insanlar işsizlər qrupuna daxil deyil. Onlar işləməkdən yayınanlar qrupuna daxildir. Adına torpaq payı olan insanlar işsiz hesab edilmir.
Dünya əhalisinin 45%-i məşğul olan əhalidir. Çoxsahəli təsərrüfat strukturuna malik olan Qərbi Avropa, Şimali Amerika ölkələri və Rusiyada bu göstərici 48-50%-ə çatır, Asiya, Afrika və Latın Amerikası ölkələrində isə 35-40%-dir.
Hər hansı ölkənin iqtisadi və sosial səviyyəsini göstərən amillərdən biri də işsizlik səviyyəsidir. İşsizlik səviyyəsi - işsizlərin əmək ehtiyatlarının sayına nisbəti ilə müəyyən edilir:
u = U
L ×100%
u - işsizlik səviyyəsi
U - işsizlərin sayı
L - əmək ehtiyatlannın sayı
İşsizlik səviyyəsi = işsizlərin sayı
əmək ehtiyatlannın sayı ×100%
Sabit iqtisadyyata malik olan ölkələrdə işsizlik səviyyəsi, adətən 7–8%-dən artıq olmur. Bu səviyyənin daha yüksək olması ölkədə ciddi iqtisadi problemlərin yarandığını göstərir. Statistik məlumatlar əsasında işsizlik səviyyəsini hesablamaq mümkündür.
Ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayının məşğul əhalinin sayına olan nisbəti demoqrafik yük adlanır. Dünyada orta hesabla hər 100 məşğul əhali təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir.