Dünyanın müxtәlif regionlarında әhalinin yaş tәrkibinin
qruplar üzrә paylanması (%-lә)
Ölkənin demoqrafik vəziyyəti, ilk növbədə, əhalinin yaş tәrkibindәn (strukturundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar təsir edir. Əhalinin yaş tərkibində doğumun yüksək olması uşaqların, orta ömür müddətinin çox olması isə yaşlıların payını artırır.
Dünya әhalisinin orta ömür müddәti
Əhalinin ən aşağı və ən yuxarı orta ömür müddətinə malik olan ölkələri siyasi xəritəyə əsasən müəyyən edin və adlarını dəftərinizə yazın.Müzakirә edin: | |
– | Əhalinin orta ömür müddəti ilə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi arasında hansı əlaqə mövcuddur? |
Ölkə əhalisinin yaş və say tərkibi dövlətin əmək ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları - 16-65 yaş qrupuna daxil olan, fiziki və əqli cəhətdən sağlam, işləməkdən yayınmayan əhalidir.