Dünya okeanının sahilyanı dayazlıqları – sualtı müəssisələrin layihəsi reallaşmaqdadır. Çünki okean dayazlıqları mineral sərvətlərlə zəngindir. İndoneziya, Malayziya və Tailand sahilyanı dayazlıqlarında qalay, Namibiya sahillərində – almaz, Baltikyanı sahillərdə – kəhrəba, Avstraliya sahillərində qızıl ehtiyatları aşkar edilmişdir. Dünyanın inkişaf etmiş ölkələri elm və texnikanın son nailiyyətlərindən istifadə edərək zәif mәnimsәnilmiş, sərt təbiətli, yəni ekstremal əraziləri mənimsəyir və yeni mәskunlaşan ərazilərə çevirir.
Zəif mənimsənilmiş ərazilər | Mövcud imkanlar | Mənimsəməni məhdudlaşdıran amillər | Mənimsəmə üçün görülən tədbirlər |
Yüksək dağlıqlar | ... | ... | ... |
Səhra və yarımsəhralar | ... | ... | ... |
Çoxillik donuşluqlar | ... | ... | ... |
Ekvatorial meşələr | ... | ... | ... |
Güclü mənimsənilən |
Zəif mənimsənilən |