№ | Adı | Əhalinin sıxlığı (seyrək/sıx) | Səbəbi |
1 | Böyük Çin düzənliyi | ||
… | ... |
Əhalinin sayının artması, insanların əlverişli təbii şəraitə malik, sürətlə mənimsənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir nəticəsində ərazinin tәbii vәziyyәti pozulur. Belə olan halda insanlar yaşayış üçün daha az əlverişli olan yeni mәnimsәnilәn ərazilərə köçmək məcburiyyətində qalırlar.
Bu əraziləri mənimsəmək üçün elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi tələb olunur. Nəticədə faydalı qazıntıların çıxarılması, yeni müəssisələrin tikilməsi, yol və magistralların çəkilməsi daha çox xərc tələb edir və son məhsulun maya dəyəri yüksək olur.