Bu amillər Çin məhsullarının istehsal və daşınma xərclərinin xeyli aşağı olmasına imkan verir. Məhsulların ucuz olmasının digər səbəbi isə işçilərin әmәkhaqqının – yəni onların gördükləri işin müqabilində ödənilən xərclərin az olmasıdır.
Hazırda iqtisadçılar əhalinin milli gəlirlərinə və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına görə ilk 20 sırada olan ölkələri dünyanın “güc mərkəzləri” (“G-20”) hesab edir. “Böyük İyirmiliyə” inkişaf etmiş və inkişafda olan ölkələr daxildir. Hazırda Türkiyə, Hindistan, Braziliya, CAR, Argentina və s. kimi ölkələrin güc mərkəzlərinə çevrilməsi onların zəngin xammal və hazır məhsul ixracatçısı olması ilə əlaqədardır. Bu ölkələr dəniz nəqliyyatında fəal iştirak edir, kənd təsərrüfatını sürətlə inkişaf etdirir.
“G-20” qrupunda ölkələrin müstəqil və birlik formasında iştirak etmək hüququ var; məsələn, Qərbi Avropa ölkələrindən - Böyük Britaniya, Almaniya, Fransa və İtaliya sərbəst, digərləri isə Avropa Birliyi adı ilə çıxış edir.
ÇXR və ABŞ istehsal olan malların və xidmətlərin ümumi dəyəri
İqtisadi güc mərkəzləri | Adambaşına düşən gəlir (ABŞ dolları ilə) |
ABŞ | 57,220 |
Avropa Birliyi | 42,460 |
Yaponiya | 34,611 |