Mətn və xəritə-sxem üzrə iş
• |
Bizim eraya qədər Aralıq dənizinin sahilləri qədim
məskunlaşma mərkəzlərindən olmuşdur. Region
daxilində ərazilərin iqtisadi inkişaf səviyyəsi
təqribən eyni idi.
|
• |
XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region
imperiyalar arasında hərb meydanına çevrilmişdir.
Regionda Qədim Roma, Bizans, Ərəb, Osmanlı
imperiyalarının mədəniyyət izləri hələ də
qalmaqdadır. Sonradan müxtəlif dinlərin yayılması
regionda yaşayan əhalinin həyat tərzində
kəskin fərqlərin yaranmasına səbəb oldu.
|
• |
Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi,
müasir dövrdə də əhalinin ən sıx məskunlaşdığı
regionlardan biridir. Lakin eyni tarixi köklərə
malik olan bu region ölkələri müasir dövrdə iqtisadi,
sosial, etnik, mədəni, iqtisadi, dil, din fərqlərinə
görə kəskin seçilir.
|
Müzakirә edin:
– Tarixən eyni inkişaf səviyyəsinə malik olan Aralıq dənizi regionunun inkişafında kəskin
fərqlərin yaranmasına səbəb nədir?