Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Böyük Qışlaq kəndində (B məntəqəsi) yaşayan şagirdlər hər gün qonşu Yenikənddə
yerləşən məktəbə (A məntəqəsi) topoqrafik xəritədə qırmızı xətlə göstərilən marşrutla gedirlər.
Xəritə və mətndəki nümunələrdən istifadə edərək:
a) məktəblilərin Böyük Qışlaqdan məktəbə qədər getdikləri yolu təsvir edin;
b) məktəbdən geriyə – kəndə olan yolu müfəssəl təsvir edin;
c) miqyasa əsasən AB məntəqələri arasındakı yolun uzunluğunu təyin edin.
Miqyas. 1 : 50 000
2. Topoqrafik xəritədə buraxılmış iki səhvi müəyyən edin.