1. İqtisadiyyat sahәsi. Ölkədə təsərrüfatın müxtəlif sahələrinə qoyulan xarici investisiyalar Dünya, Avropa və İslam İnkişaf Bankları tərəfindən maliyyələşdirilir.
2018-ci ilin statistikasına görə Azərbaycanın xarici-ticarət dövriyyəsi 30 mlrd. ABŞ dollarından çox olmuşdur. Onun 19 mlrd. ABŞ dolları idxal, 11 mlrd. ABŞ dolları ixrac əməliyyatlarıdır. Ən çox ticarət əlaqələri İtaliya, Almaniya, Türkiyə, Rusiya, İsrail, Çin, Çexiya ilə olmuşdur. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Türkiyə, Gürcüstan, Rusiya, İsveçrə iqtisadiyyatında Azərbaycan tərəfindən qoyulan sərmayə isə 20 mlrd. ABŞ dollarından çoxdur.
2. Tәhsil vә maarifçilik. Hər il minlərlə tələbə dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilir, eyni zamanda, xarici ölkələrdən gələnlərin sayı artmaqdadır.
3. Nәqliyyat. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb magistrallarının keçdiyi dəhlizdə yerləşməsi beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına geniş imkan yaradır. Şimal-Cənub beynəlxalq nəqliyyat yolunun layihəsi 2000-ci ildə Rusiya, İran və Hindistan arasında qəbul edilmişdir. Müqaviləyə əsasən magistral Azərbaycan ərazisindən keçir, bu isə ölkə iqtisadiyyatına güclü təsir edir. Şərq-Qərb magistralı isə Mərkəzi Asiya ilə Avropa ölkələrini birləşdirir.
TANAP (Trans-Anatolian Natural Gas Pipeline) - Azərbaycandan başlayaraq Türkiyədən keçməklə təbii qazın Avropa Birliyinə çatdırılmasıdır. Uzunluğu 1854 km olan kəmər tikintisi 2019-cu ildə başa çatmışdır. TANAP kəməri ilə il ərzində 16 mlrd. m3 təbii qaz nəql olunur.
4. Mәdәniyyәt. Azərbaycanın mənəvi və maddi irsinin: muğam, aşıq sənəti və milli xalçaçılıq sənətinin, İçərişəhər kompleksinin qorunması məsələləri YUNESKO tərəfindən “Bəşəriyyətin mədəni irs siyahısı”na daxil edilmişdir.