– VIII әsrdә әrәblәrin Qafqaza hücumu,
sonda islam dininin yayılması ilә nәticәlәndi.
Azәrbaycanın hәr tәrәfindә mәskunlaşan
yerli xalqlar islam-şәrq mәdәniyyәtinin
tәsirinә mәruz qaldı.
|
|
– Ölkә әrazisi XVIII әsrin sonu XIX әsrin әvvәllәrindәn
başlayaraq İran vә Rusiyanın
hәrb meydanına çevrildi. Azәrbaycan iki dövlәt
tәrәfindәn bölüşdürüldü. Fərqli
sivilizasiyalar Azərbaycan türklərinə daha
güclü təsir etdi. Buna baxmayaraq Azәrbaycan
türklәri öz etnik bütövlüklәrini qoruyub
saxlamağı bacardılar.
|
|
– XX әsrin әvvәlindә azәrbaycanlıları Rusiyada
“Qafqaz müsәlmanları” adlandırırdılar.
1918-ci ildә ilk dəfə Azәrbaycan
Demokratik Respublikası yarandı. ADR-in
dövründә ölkә sәrhәdlәri dünyanın bir çox
ölkәlәri tәrәfindәn tanındı. Xalqı öz islam
kimliyindәn milli kimliyә keçirtmәk o dövrdә
Avropada tәhsil almış ziyalıların әn böyük
arzusu idi. ADR-ın әsas ideologiyası ölkәdә
Şәrq vә Qәrb mәdәniyyәtinin sintezini yaratmaq
idi. Mәhz hәmin dövrdә ziyalılar xalqın
milli mәfkurәsini istiqamәtlәndirә bildilәr.
|
|
– 1920-ci ildә Azәrbaycanda sovet hakimiyyәti
quruldu. Sovet ideologiyası türkçülük, islamçılıq
prinsiplәrinin mәhv edilmәsinә, millәtin
mәnәvi baxımdan parçalanmasına istiqamәtlәnmişdi.
Azәrbaycanlıların әksәriyyәti
Sovet ideologiyasına qarşı mübarizә aparırdı.
Minlәrlә Azәrbaycan ziyalısının repressiyaya
mәruz qalmasının da sәbәbi bu idi.
|
|