Ptolomey və Strabona görə. | |
1964-cü il. Londonda Beynəlxalq Coğrafiya Konqresində qəbul olunmuş qərara görə. | |
2015-ci il. Rusiya, Qazaxıstan və Azərbaycan coğrafiyaçılarının Beynəlxalq Coğrafiya İttifaqına verdiyi təklifə görə. |
Müzakirә edin: | |
– | Sərhədlərin hansı coğrafi obyektlərdən keçdiyini müəyyən edin. Sizin fikrinizə görə, ən düzgün sərhəd xətti hansıdır? |
Azərbaycan - “Böyük İpək yolu”nda antik dövrlərdən bəri strateji mövqeyə malik bir ərazi kimi qiymətləndirilir. Ölkənin Şərq və Qərbi birləşdirən ticarət yolları üzərində yerləşməsi Bərdə, Şamaxı, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi qədim şəhərlərin inkişafına güclü təsir etmişdir.
Müasir dövrdə Azərbaycan zəngin mədəniyyətə məxsusdur. Bu mədəniyyətə qonşu bir-birindən fərqli sivilizasiyaların təsiri də olmuşdur. Azərbaycanda mövcud olan müasir mədəniyyət uzun zaman ərzində formalaşmışdır: