Türk xalqlarının dini inanclarında da Avropa, Asiya mədəniyyətlərinin izi aydın görünür. Qədim türk xalqları Tenqriyə, yəni Tanrıya inanırdı. Onların fikrincə, Tenqri “әbәdi sәma ruhu” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.
Türk xalqlarının dini mәnsubiyyәtiD i n l ə r | ||||
İslam | Buddizm | Şaman | Xristian | İudaizm |
türklər azərbaycanlılar tatarlar özbəklər qazaxlar qırğızlar türkmənlər |
tuvalılar | xakaslar altaylılar |
qaqauzlar çuvaşlar |
karaimlər krımçaqlar |
Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi onların iqtisadi hәyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ticarət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri Avropada ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni səviyyəsinin yüksəlməsinə imkan verirdi.
Türk xalqları Avrasiyada təqribən 12 mln. km2 ərazidə yayılmışlar. Hazırda türk xalqlarının 6 müstəqil dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan.
Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurumlarına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında aşağıdakı regionlarda yerləşir: Sibir regionunda - Altay, Tuva, Xakasiya, Saxa - (Yakutiya); Ural-Volqaboyu regionunda - Başqırdıstan, Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda - Kabarda-Balkar, Qaraçay-Çərkəz. Çin Xalq Respublikasının tərkibindəki Sıntszyan- Uyğur Muxtar Vilayəti, Moldova respublikasında Qaqauziya muxtar bölgəsi türk dövlət qurumlarıdır.
Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə yerli xalqlar hesab edilir. Onlar dövlət qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukrayna, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələrin ərazisində yaşayırlar.
Müstəqil türk dövlətləri | |
İdarəetmə hüququna malik olan türk qurumları | |
Yerli türk xalqlarının yayıldığı ərazilər | |
- | İlk türk məskənlərinə və qədim yayılma areallarına görə müasir türk xalqlarının yayıldığı ərazilər necə dəyişmişdir? |