V– VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq Şərq, Qərb, Slavyan-pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışdılar. Türklər məskunlaşdığı ərazilərə əvvəlki yurdlarının izlərini aparmışlar. Rusiyada və Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir.
Coğrafiya və Linqvistika
Rus dilindәki coğrafi adlar
Türk mәnşәli adlar
Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi xüsusiyyətlərini birləşdirmişdir. Bu proses müasir türk xalqlarının zahiri görünüşündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.
Zahiri әlamәtlәrinә görә müasir türk xalqları bir-birindən fərqlənir. Türk xalqlarının bir qismi (uyğurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi (qaqauzlar, karaimlər və s.) avropoid irqinin əlamətlərinə malikdirlər. Türkiyə türkləri, azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görünüşünə görə hər iki irqin əlamətlərini daşıyırlar.
Eyni ərazilərdə məskunlaşmış türk və digər xalqların dil vә adәt-әnәnәlәri, şifahi xalq әdәbiyyatı, yazı mәdәniyyәti dә bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyədək istifadə olunmaqdadır.
Coğrafiya vә Tarix