Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin
geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səhradan
kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş”
– yəni, assimilyasiyaya məruz qalmışlar.
• Slavyan-pravoslav sivilizasiyası meşə
landşaftı daxilində formalaşmışdır. Slavyan
evi, məişət əşyaları, şifahi xalq
ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur.
• Qәrb sivilizasiyasının formalaşmasında
dənizlər mühüm rol oynamışdır. Məhz buna görə
də bu sivilizasiyanın müasir sərhədləri Avropadan
xeyli uzaqda yerləşən Şimali Amerika,
Avstraliya, Yeni Zelandiyanı əhatə edir.
Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların birbirinə
təsiri müxtəlifdir. Əgər Böyük Coğrafi kəşflərdən sonra avropalılar “Yeni
dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdılarsa, hazırda bunun əksi baş verir.
Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latın Amerikası,
Yaxın Şərq və digər ölkələrdən Avropaya gələn miqrantlar öz milli mədəniyyətlərini
qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər.
Mәtn vә şәkil üzrә iş
• 38 metr hündürlüyü, 1145 ton çəkisi olan
İsa peyğəmbərin abidəsi Rio-de-Janeyrodakı
dağın zirvəsindədir. Abidə Braziliya və
Rio-de-Janeyronun simvolu hesab edilir.
Avropalılar Cənubi Amerikanı kəşf edənə
qədər orada yaşayanlar yerli dinlərə inanırdılar.
İndi isə əhalinin böyük hissəsi
xristian katoliklərdir.
• Londondakı “Çin şəhəri”nə (China Town)
dünyanın böyük şəhərlərinin əksəriyyətində
də rast gəlmək olar. Bu “şəhər”-məhəllələrdə
çinli mühacirlər yaşayır, küçələrdə Çin musiqisi
eşidilir, insanlar Çin dilində danışır,
reklamlar heroqliflərlə yazılır, pıştaxtalarda
isə Çin malları satılır.
Müzakirә edin:
– Şəkillərdə hansı sivilizasiyaların bir-birinə təsiri əks olunmuşdur?