6. Ərazinin hündürlüyünü müəyyənləşdirməklə səth sularının axın istiqamətini
təyin etmək mümkündür.
Nümunә:
a) Çay
B nöqtəsindən
A nöqtəsinə axır. Çünki B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal-qərbə,
dik yamacla və böyük sürətlə axır.
b) Çay
C nöqtəsindən
D nöqtəsinə axır. Çünki C nöqtəsi D-dən yüksəkdə yerləşir. Çay cənubşərqə
doğru az meyilli yamacla və aşağı sürətlə axır.
c) Mәktәblilәrin yolu. Tətil günlərində IX sinif şagirdləri
ekskursiyaya getdilər. Onlar məktəbdən (
A məntəqəsi) çıxdılar
və yamacdakı
B məntəqəsinə qalxmaq istədilər. Uşaqlar
bulaq başında istirahət etməyi planlaşdırdılar. Məktəblilərin
getdiyi yolu aşağıdakı kimi təsvir etmək olar.
- Məktəblilər A məntəqəsindən 315°-lik azimutla, şimalqərb
istiqamətində kolluqdan keçərək hərəkət etdilər.
- Təqribən 25 m hündürlükdə yerləşən körpüyə
çatdılar.
- Körpü şimal-şərqdən cənub-qərbə doğru axan Ağçayın
üzərində idi.
- Təqribən 30 m hündürlükdə yerləşən bulağa çatdılar.
- Sonra onlar şimala doğru 0°(360°)-lik azimutla getdilər.
- Yamacda 50 m hündürlükdən yuxarıda enliyarpaqlı
meşə vardır.
- Məktəblilərin çatdığı B məntəqəsi 70 m hündürlükdə
olan kiçik gölün kənarındadır.
- Topoqrafik xəritənin miqyasına əsasən məsafəni
təyin etmək mümkündür. Verilən topoqrafik xəritədə
1 sm 500 m-ə bərabərdir. Xəritədə ölçdüyümüz
yol 7 sm-ə bərabərdir
Deməli, uşaqlar 7 x 500 = 3500 m və ya 3 km 500 m yol getmişlər.