Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan vətəndaşlarına sağlam ətraf mühitdə yaşamaq təminatını verir. Lakin əhalinin yaşadığı mühitin yaşayış üçün nə dərəcədə əlverişli olduğunu müəyyən etmək lazımdır. Bunun üçün ərazi ekoloji cəhətdən qiymətləndirilir. Ərazinin ekoloji vəziyyəti onu formalaşdıran təbii komponentlərin vəziyyəti ilə müəyyən olunur, yəni ekoloji monitorinq aparılır.
Әrazinin ekoloji monitorinqi – ətraf mühitin arasıkəsilmədən müşahidə olunması sistemidir. Ekoloji qiymətləndirmə aşağıdakı kimi aparılır:
1. Qiymətləndiriləcək təbii komponentlər (torpaq, su, hava) seçilir. Bu komponentlərin siyahısı tərtib olunur.
2. Qiymətləndirmə meyarları seçilir. Meyarlar əsasında qiymətləndirmə aparılır; məsələn, torpaqların qiymәtlәndirilmәsi onların duzluluğu vә eroziyaya uğrama dәrәcәsi müəyyənləşdirilir. Bitkilәrin qiymәtlәndirilmәsi meyarları – qırılmış meşәlәrin faizlә nisbәti vә bitki növlәrinin mәhv olunmasına əsasən müəyyənləşdirilir. Atmosferin qiymәtlәndirilmәsi meyarları havada olan qazların tərkibinin miqdarına görə müəyyən edilir. Suyun qiymәtlәnidirilmәsi meyarı isə suyun kimyәvi vә fiziki tәrkibinin dәyişmәsi ilə müəyyən edilir.
Ekoloji monitorinqin tәşkil edilmәsi.
1. Ərazidə torpaq və bitki nümunələri yığılır, hava və su mənbələri seçilir, bitkilərin ziyanvericilər tərəfindən zədələnmə dərəcələri müəyyən olunur, kəsilmiş meşələrin sahələri hesablanır, otlaq sahələrinin mal-qara tərəfindən nə qədər zəbt olunduğu aşkarlanır.
2. Nümunələrin yoxlanılması və təhlili, adətən laboratoriyalarda aparılır. Lakin dünyada ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar torpaqların, suyun, havanın və digər təbiət mənbələrinin təhlilinə ehtiyac artmışdır. Ekoloji qiymətləndirmə təşkilatlarının sayı çoxalmış, bir çox ölkələrdə qanunvericilik orqanları ekologiyanı çirkləndirən idarə və təşkilatların özlərinin məhz bu problemlərlə məşğul olması tələbini irəli sürmüşdür.