Sadalanan tədbirlərin ekoloji siyasətin hansı istiqamətlərinə uyğun gəldiyini müəyyən
edin:
təbii resurslardan istifadə, zərərli maddələrin tullantıları üçün ödənişlərin yığılması,
təbii ehtiyatlardan qənaətlə istifadə edən, aztullantılı texnologiyaya malik təkrar emal
müəssisələri üçün vergi və kredit güzəştləri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarına əsasən
ekoloji cəhətdən zərərli müəssisələrin fəaliyyətinin dayandırılması;
orta təhsil sistemində ekoloji biliklərin icbari tədrisi;
Bakıda “Ekologiya ili” çərçivəsində “Gənclik ekoloji inkişaf uğrunda” beynəlxalq elmipraktik
konfransın keçirilməsi;
Azərbaycan Respublikasının qanunlarına tabe olmamaga, ətraf mühitə və insanların
sağlamlığına zərər vurulması hallarına görə məsuliyyətə cəlb olunma.
Abşeronda neftlə çirklənmiş sahil
Neftdən təmizlənmiş ərazilərdə ağac əkilməsi
Müzakirə edin:
Fotoşəkillərdə göstərilən tədbiri həyata keçirmək üçün ekoloji siyasətin hansı istiqamətlərindən
istifadə olunur?
“Ekoloji böhran” və “Ekoloji siyasət” terminlərini necə başa düşürsünüz?
Ekoloji siyasətin ekoloji problemlərin həllinə yardımçı olmasına və dünyanı ekoloji
böhrandan xilas etməsinə inanırsınızmı?
Dәrsdәn sonra
www.greenpeace.org və http://tamizshahar.az/ saytlarında “Qrinpis” və “Təmiz
şəhər” təşkilatlarının məqsədləri və həyata keçirdikləri layihələr barədə daha
ətraflı məlumat alın.