Kollaps vəziyyətində təbii mühitin özünü bərpa etməyə gücü çatmır.
Əhatə etdiyi əraziyə görə ekoloji böhran qlobal, regional və lokal ola bilər.
Qlobal ekoloji böhranla mübarizə aparmaq çox çətindir, onun həlli üçün dövlətlərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avropada “turşulu yağışları”, “istixana effekti” və Antarktidada “ozon dəliyi”ni göstərmək olar.
Avropada bir çox məşhur
memarlıq abidələri turşulu
yağışların təsirindən dağılır.
Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə dövlətin səyi ilə həll etmək mümkündür. Lokal ekoloji böhran daha kiçik əraziləri əhatə edir. Buna nümunə kimi dağ-mədən sənayesinin çirkləndirdiyi landşaftları, sənaye tullantıları ilə çirklənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar. Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası ilə mümkündür.