1. Antarktidanın buzaltı relyef formalarını qruplaşdırıb cədvəl şəklində yazın.
2. “Antarktidanın buz qatı əriyərsə, onun relyefi necə olardı?” mövzusunda qısa məlumat verin.
TAPŞIRIQ 3.
Antarktidanın buz örtüyü. Antarktidanın mərkəzi hissəsi maksimum qalınlığı 4500 m-ə çatan
qalın buz qatı ilə örtülüdür. Yer kürəsində mövcud olan buz örtüyünün 90%-i buradadır.
Antarktidada buz örtüyünün tarixi 20 milyon ildən artıqdır. Buz örtüyü günbəzi xatırladır. Onun
qalınlığı Cənub qütbü ətrafında maksimuma çatır, kənarlara doğru isə nazikləşir və sahilboyunda
nəhəng aysberqlər yaradır. Materikin buz örtüyü şirin su ehtiyatıdır, lakin bu ehtiyatlardan istifadə
olunmur. Aysberq – suda üzən buz dağıdır. Onun 2/3 hissəsi suyun altında olur.
1. Antarktida buzlaqlarını dünyanın şirin suya ehtiyacı olan ərazilərinə gətirmək üçün hansı
layihəni verərdiniz?
2. Antarktida buzlaqlarının əriməsi Yer kürəsində hansı problemlərin yaranmasına səbəb ola bilər?
Mәsәlә.
– Aysberqin sudan üstdəki hissəsi 34 m-ə bərabərdir. Onun ümumi qalınlığı nə qədərdir?
TAPŞIRIQ 4.
Antarktidanın mineral ehtiyatları. Antarktida mineral ehtiyatlarla zəngindir. Bura təkcə
maqmatik süxurlarda rast gəlinən faydalı qazıntılarla deyil, həm də üzvi mənşəli çökmə süxurlarda
mövcud olan daş kömür, neft, təbii qaz ehtiyatları
ilə də zəngindir.
- Antarktida qalın buz qatı ilə örtülü olduğu halda bu
materikdə üzvi mənşəli faydalı qazıntıların olması nə ilə
əlaqədar ola bilər?
- Antarktidanın zəngin mineral ehtiyatlarından niyə
istifadə olunmur? Buna səbəb nədir?
TAPŞIRIQ 5.
Antarktidanın iqlimi. Antarktida materikini
“Yerin soyuducusu” adlandırırlar. Bura dünyanın
ən soyuq ərazisidir. Materikin daxili hissəsində iqlim daha sərtdir. Yayda (yanvarda) -30°C, qışda
(iyulda) -89,2°C “Vostok” stansiyasında) müşahidə olunmuşdur. 2013-cü ildə Yaponiyaya
məxsus stansiyada peykdən alınmış nəticələrə əsasən temperaturun -91,2°C olması müəyyən
olunmuşdur. Yayda materikin səthinə Günəş şüası kifayət qədər düşür, lakin qar və buz örtüyü
günəş istiliyini əks etdirərək geri qaytarır və ərazi qızmır. Materikin mərkəzi ilə sahilləri arasında
kəskin təzyiq fərqi vardır. Cənub qütbündən 60° c.e.-yə doğru əsən cənub-şərq küləklərinin sürəti
saniyədə 65 m-ə bərabər olur və onlar buz hissəcikləri ilə müşayiət edilir.
1. Antarktida hansı iqlim qurşaqlarında yerləşir?
2. Antarktidanın səthinə qara örtük (kömür tozu, qara qum və s.) çəkilərsə, nə baş verər?
3. Antarktidada güclü küləklərin baş verməsi nə ilə əlaqədardır?
TAPŞIRIQ 6.
Antarktidanın üzvi alәmi. Bütün materiklər arasında üzvi aləminə görə ən kasıb materikdir.
Sahilboyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai
yosun istisna olmaqla materikdə bitki örtüyü yoxdur.