Tropik səhralar Afrika və Avstraliyada geniş sahə tutur. Lakin onlardan istifadə istiqamətləri fərqlidir. Afrika səhraları təbii halda, demək olar, əkinçilik üçün yararsızdır. Əkinçilik yalnız vahələrdə xurma palmasının becərilməsi və yarımsəhralarda qummiarabik bitkisinin meyvələrinin yığılması ilə məhdudlaşır.
Avstraliya səhra və yarımsəhralarında bitki örtüyü nisbətən çoxdur. Bu səhralar qoyunçuluq üçün otlaq kimi istifadə edilir.
Cənubi Amerikanın subtropik iqlim qurşağında çöl zonası – pampa formalaşmışdır. Pampa La-Plata ovalığında, Argentina və Uruqvayda ərazicə geniş yer tutur. Rütubətli subtropik iqlim şəraitinin hakim olduğu bu ərazidə münbit qırmızı-qara torpaqlar yayılmışdır. Pampada birillik otlar daha hündürdür. Pampa Cənub yarımkürəsinin ən məhsuldar və geniş taxılçılıq zonasıdır. Taxılçılığın inkişafı Argentinada heyvandarlığın da inkişafına səbəb olmuşdur.
Codyarpaqlı kol və meşə zonaları Şimal yarımkürəsində olduğu kimi, taxıl, sitrus, üzüm və zeytun sahələrinin beçərilməsi üçün də istifadə olunur.