Mәtn, xәritә-sxem vә şәkil üzrә iş
• Cənubi Amerikanın ekvatorial meşələri (və ya selvas) Transamazon magistralı çəkilənə qədər, demək
olar ki, mənimsənilməmişdi. Uzunluğu 5000 km-dən çox olan bu magistral Amazon meşələrindən
keçməklə Perunun paytaxtı Lima şəhəri ilə Braziliyanın Resifi şəhərlərini birləşdirir. Magistral eyni zamanda
Atlantik okeanından Sakit okeana qədər uzanır. Leysan yağışları magistral boyu xeyli çətinliklər
yaradır, xüsusilə baş verən sürüşmələr nəticəsində yolun kənarları uçulub-dağılır. Yolun əsas məqsədi –
materikin mərkəzində olan təbii ehtiyatların mənimsənilməsidir.
Amazon meşələrinin sahəsi sürətlə kiçilir, buna səbəb oduncaq tədarükü, tropik bitkilərin
plantasiyalarının genişləndirilməsidir. Selvasda heveya, kinə ağacı (bu ağacın
meyvələrindən malyariya xəstəliyinin müalicəsi üçün dərman hazırlanır), qırmızı ağac,
balsa (dünyada ən yüngül ağac), qovun ağacı (papayya), batat, maniok və s. bitir. Cəngəlliklərdə
təkcə palmanın 100-dən çox növü vardır.