Mətn və xəritə-sxem üzrə iş
ABŞ-ın әkinçilik tәsәrrüfatı
– Әkin sahәlәri
• Çöl zonası – tamamilə mənimsənilmişdir.
Bu zona mövcud olduğu ölkələrdə ən mühüm
kənd təsərrüfatı rayonudur. Bu, ərazilərin
düzənlik relyefi, iqlimin əkinçilik üçün
yararlı olması və münbit torpaqların yayılması
ilə əlaqədardır.
Çöl zonasında, əsasən, taxıl bitkiləri, buğda,
qarğıdalı,
və s. bitkilər əkilir. Günəş
işığı və istiliyinə tələbatından asılı olaraq
taxılın müxtəlif sortları becərilir. Xüsusilə
Şimali Amerikada çöl zonasında (preri) yüksək
mexanikləşdirilmiş kənd təsərrüfatı
kompleksləri yaradılmışdır. ABŞ və Kanadanın
dünyanın ən mühüm taxıl ixracatçısı olması onların ərazilərindəki çöl zonasından intensiv istifadə
etmələri ilə əlaqədardır.
Müzakirә edin:
- ABŞ-da yazlıq taxılın şimal, payızlıq taxılın isə cənubda əkilməsi nə ilə əlaqədardır?
- ABŞ-da pambıq və çəltik torpaqlarının münbit çöl zonasından kənarda əkilməsinin iki səbəbini
söyləyin.
- Avrasiyada çöl zonasında yerləşən və buğda ixracatçısı olan iki ölkənin adını söyləyin.
Şimal materiklərinin musson meşәlәrinin yayıldığı şərq sahilləri əlverişli iqlim
şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə sıx məskunlaşması
və təbii kompleksin tamamilə dəyişməsi ilə nəticələnmişdir. Hazırda musson
• Çәltikçilik çoxlu işçi
qüvvəsi tələb edən sahədir.
Çin, Hindistan və
Tailandda hətta müasir
dövrdə də çəltiyin
becərilməsində əl əməyini
kənd təsərrüfatı texnikası
əvəz edə bilmir.
Çәltik tarlası. Çin
meşələrinin yayıldığı Çin, Yaponiya və bu kimi ölkələrdə
meşələr çay, tərəvəz, qarğıdalı tarlaları ilə əvəz
olunmuşdur. Bu ərazilər dünyanın ən mühüm çəltik
zonalarındandır.
Savanna və seyrәk meşәlәrdәki qırmızı-qonur torpaqlar
ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçilik
qış aylarında suvarma tələb edir. Şimali Amerikanın
savannaları materikin cənubunda, nisbətən kiçik ərazini
tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya
regionunda savanna zonası geniş yayılmışdır. Buradakı
ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iqtisadi
inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox
hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyanın mühüm
pambıq, qəhvə, çəltik, çay, cut ixracatçılarıdır.
Ekvatorial meşələr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqində
bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir.
Ərazinin xarakterik bitkisi kauçuk ağacıdır (heveya).
Şimal materiklərinin qütb səhralarından sonra ən az mənimsənilən ərazilərilərindən
biri tropik səhralardır. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri
ifrat rütubət, süxurların donmuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş
istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir.