Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, göbələk və yosunlar və eyni zamanda, qida (qoz, fındıq və s.) və dərman (müalicə üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar daxildir. Avrasiyanın meşələrində bitən müalicəvi yabanı giləmeyvələr, Şimali Amerikada isə qayınağacından alınan şirə sənaye əhəmiyyətinə görə dünyada məşhurdur.
Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, eləcə də, balıq və quşlar aiddir. Şimal materiklərinin meşələrində məskunlaşan qiymətli xəzə malik olan canlılar – sincab, gəlincik, su samuru, tülkü, dələ, dovşan və s. yüngül sənayedə mühüm xammal bazası rolunu oynayır. Meşələrdə ağac koğuşlarında olan yabanı arı balı qiymətli qida məhsulu olmaqla yanaşı, müalicəvi xüsusiyyətə malikdir. Bioloji ehtiyatlar tükənən, lakin bərpaolunan ehtiyat növüdür. Onlar ən qədim zamanlardan
Çöl vә meşә çöllәr – mülayim iqlim qurşağının cənub hissəsində geniş yer tutan təbii zonadır. Avrasiyanın çölləri paralel istiqamətində Şərqı Avropa ölkələri, Rusiyanın cənubunu, Qazaxıstan, Monqolustan və Çinin şimalını əhatə edir. Şimali Amerikanın çölləri isə meridian istiqamətində ABŞ və Kanadanın mərkəzi hissəsində yerləşir. Çöl zonası bitkiçilik (xüsusilə də taxılçılıq) və heyvandarlığın (əsasən, maldarlıq) inkişafı üçün geniş imkanlara malikdir.
Codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar – Cənubi Avropanın Aralıq dənizi sahilləri və Şimali Amerikanın subtropik iqlim qurşağında Sakit okean sahilində yayılmışdır. Bu zonanın iqlimi əkinçilik, heyvandarlıq üçün əlverişlidir. İstisevən portağal, naringi, limon, feyxoa, zeytun, üzüm və s.-nin becərilməsi üçün imkan daha böyükdür.