Su anbarları |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
Mingəçevir | Yenikənd | Şəmkir | Varvara | Araz su qovşağı | Mil-Muğan | Ceyranbatan | Sərsəng | Arpaçay | Viləş | Xanbulançay sahəsi | |
Tutduğu sahə, кm2 | 625 | 23,8 | 116 | 22,5 | 145 | 4,5 | 13,9 | 14,2 | 6,30 | 2,50 | 24,6 |
Hansı çayın üzərindədir |
2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur.
Azәrbaycan Respublikasının iri suvarma kanalları№ | Kanalın adı | Başlandığı su hövzəsi |
Uzunluq, km-lə | Suvarılan sahə, (min hektarla) |
Suvarıldığı ərazilər |
1. | Samur -Abşeron | 182 | 92 | ||
2. | Yuxarı Qarabağ | 175 | 85 | Mil, Qarabağ | |
3. | Yuxarı Şirvan | 126 | 127 | ||
4. | Baş Mil | 38 | 76 | ||
5. | Baş Muğan | 37 | 65 |
3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda istehsal edilən enerjinin miqdarı 1,9 milyard kV/saat-dır (İstehsal olunan ümumi enerjinin təqribən 7%-i) . Lakin bu rəqəm 16 milyard kVt/saat ola bilər.
Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Varvara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz su qovşağı) çayı üzərində tikilmişdir.
Orta ölçülü SES-lərin tikintisi də ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Belə stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.
SES-lərin tikintisi baha başa gəlir, bu stansiyaların işində ekoloji cəhətdən təmiz olan su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxmayaraq, son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə səbəb olmuş, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin yaradılmasına gətirib çıxarmışdır. Kiçik SES-lərə nümunə kimi Balakən (“Balakən-1”), Göyçay (“Göyçay-1”), İsmayıllı, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.