maye yüklər (neft və neft məhsulları, mayeləşdirilmiş qaz və s |
|
əsas yüklər (ərzaq, yarımfabrikat, hazır məhsullar) |
|
xammal (dəmir filizi, daş kömür, boksit, fosforit və s) |
|
digər yüklər |
Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı gəmiçilikdə əsas yer tuturdu. Asiya - Avropa, ABŞ - Avropa, Afrika - ABŞ, Afrika - Latın Amerikası və s. ticarət yolları Atlantik okeanından keçir.
Hazırda dəniz yükdaşımasında Sakit okean ilkin yer tutur. Burada əsas yüklər Şərqi Asiyanın “yeni sənayeləşmiş ölkələri” ilə Amerikanın qərb sahilləri boyunca aparılır. Hind okeanında ən çox yükdaşıma İran körfəzi zonasındadır. Dəniz nəqliyyatının coğrafiyasına beynəlxalq kanallar, xüsusilə Süveyş və Panama kanalları mühüm təsir göstərir. Onlar gəmilərin yolunu xeyli (müvafiq olaraq 30 və 18 min km) qısaldır.
Dəniz nəqliyyatının coğrafiyasına konteynerləşdirmə, yəni yüklərin konteynerlərlə daşınması ciddi təsir göstərmişdir. Su nəqliyyatının inkişafı Sinqapur, Rotterdam, Honkonq, Şanxay, Kobe, Pusan, Los-Anceles, Nyu-York, Hamburq, İokoqama, Tokio kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur.
Son zamanlar Dünya okeanı sahillərindən istirahət və turizm məqsədləri üçün istifadə edilməsi imkanları artır.
Yük dövriyyəsi 50 mln. tondan çox olan universal dəniz limanları | |||
Liman | Hansı ölkənin ərazisindədir | Hansı su hövzəsinin sahilindədir | |
1 | Şanxay | ||
2 | Sinqapur | ||
3 | Rotterdam | ||
4 | Honkonq | ||
5 | Nyu-York | ||
6 | Коbe | ||
7 | Naqoya | ||
8 | Hyuston | ||
9 | İokoqamа | ||
10 | Nyu Orlean |