Faydalı qazıntılar | Faydalı qazıntının adı | Faydalı qazıntının mövcud olduğu su hövzələri |
Neft | ||
Təbii qaz | ||
Qızıl | ||
Boksit | ||
Dəmir filizi | ||
Qalay | ||
Fosforit | ||
Almaz | ||
Polimetal filizi |
Dünya okeanında bioloji resurslar – bitkilər (yosunlar) və heyvanlar (balıqlar, məməlilər, molyusklar, xərçəngkimilər) da çoxdur. Okeanın bütün biokütləsi 35 mlrd. ton təşkil edir ki, onun da 0,5 mlrd. tonu balıqların payına düşür. Dünya okeanından ovlanan balıq, molyusk, xərçəngkimilər insanların zülala olan tələbatının 20%-nı ödəyir. Okean canlılarından heyvandarlıq üçün yüksək kalorili yem unu almaq məqsədilə istifadə edilir. Hazırda ABŞ, Fransa, Yaponiya, Çin, Filippin, Niderland, İtaliya və s. ölkələr sahilboyu ərazilərində dəniz plantasiyaları yaradaraq marikültür təsərrüfatını (lat. dəniz mədəniyyəti) inkişaf etdirir, yəni, dəniz canlılarını süni şəkildə yetişdirir və çoxaldırlar.
Okeanın hər tərəfi məhsuldar deyil. Təbii sərvətlərlə daha zəngin ərazilər, əsasən, sahilboyu şelf zonalarıdır. Norveç, Berinq, Oxot, Yapon dənizləri bioloji ehtiyatına görə daha məhsuldar ərazilər hesab olunur.
Okean və dənizlərdən nәqliyyat mәqsәdilә istifadə edilməsinin tarixi daha qədimdir. Bu sahədə inkişaf etmiş sahilboyu və ada dövlətləri daha çox fərqlənir. Böyük Britaniya və Yaponiyada dəniz nəqliyyatı xarici daşımaların 98%-ni, ABŞ-da isə 90%-nı təşkil edir.