Mindikləri gəmi ingilislər tərəfindən Türkmənistana aparıldı. Orada Bakı XKS-nin rəhbərləri və digər cinayətkarlar eserlər tərəfindən güllələndilər. Mənfur düşmən öz layiqli cəzasını aldı. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını düşmənlərdən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. Bakıya köçən Milli hökumət şəhərdə əmin-amanlıq yaratdı, milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün əhalinin təhlükəsizliyini təmin etdi. Cümhuriyyət yarananda elan etdiyi prinsiplərə sadiq qaldığını bütün dünyaya nümayiş etdirdi. Bu, tarixdə bənzəri olmayan, yalnız bizim xalqa məxsus yüksək insanpərvərlik nümunəsi idi.
Xəritəyə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini müasir Azərbaycan Respublikasının ərazisi ilə müqayisə edin.
SUAL VƏ TAPŞIRIQLAR: