Azərbaycan milli hökumətinin Osmanlı dövlətindən hərbi yardım alması Gürcüstan rəhbərliyi tərəfindən narazılıqla qarşılandı. Gürcüstan hökumətinin tə ləbinə əsasən, Azərbaycan Milli Şurası və hökuməti Tiflis şəhərini tərk etmək məcburiyyətində qaldı və iyun ayının 16-da Gəncəyə köçdü. Bir gün sonra Azərbaycan Milli Şurası öz işini dayandırdı və bütün səlahiyyətlərini F.Xoyskinin başçılıq etdiyi ikinci hökumətə verdi. Bundan sonra qanunverici və icraedici orqan kimi fəaliyyət göstərməli olan hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. İkinci hökumətin qarşısında duran əsas vəzifələrdən biri Bakının azad olunması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində “Gəncə dövrü” başlandı.
Bakının düşmənlərdən azad edilməsi. Bakı XKS-nin silahlı dəstələri iyunun 10-da Gəncə istiqamətində hərbi əməliyyatlara başladı. Məqsəd Gəncə şəhərini və bütün keçirmək idi.
1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında həlledici döyüş baş verdi. Azərbaycan-türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu parlaq qələbə qazandı. Bakı XKS-nin qoşunları darmadağın edildi. Bu məğlubiyyət Bakı Sovetini bərk qorxuya saldı. İngilis hərbi qüvvələrini köməyə çağırmaq məsələsi gündəliyə çıxarıldı. Sovet Rusiyasından yetərincə hərbi yardım ala bilməyən S.Şaumyanın başçılıq etdiyi Bakı XKS - bolşevik-daşnak birliyi 1918-ci il iyulun 31-də istefa verməyə məcbur oldu. Bir gün sonra esermenşevik- daşnak ittifaqından yaranan “Sentrokaspi diktaturası”1 nın da Bakı şəhərində heç bir dayağı yox idi. Bu diktaturanın atdığı yeganə doğru addım S. Şaumyan və onun silahdaşlarının Həştərxana qaçarkən həbs edilməsi oldu. Cinayətkarlar Azərbaycan xalqından qarət etdikləri çoxlu zinət əşyalarını, silah-sursatı özləri ilə aparırdılar. Bakı komissarlarının ikinci dəfə Sovet Rusiyasına qaçmaq cəhdi də baş tutmadı.
1Diktatura - bütün dövlət hakimiyyətinin bir qrup adamın əlində cəmləşdirilməsi.