Bakı XKS 1918-ci ilin iyununda Azərbaycan neft sənayesini və Xəzər dəniz ticarət donanmasını milliləşdirdi. 1918-ci ilin aprel-iyul ayları ərzində Bakı XKS-nin tədbirləri nəticəsində 1,3 milyon tona yaxın neft və neft məhsulları əvəzi ödənilmədən Sovet Rusiyasına daşınıb aparıldı.
Bakı XKS tamamilə qondarma və Azərbaycana yad olan bir qurum idi. Anti-Azər- baycan siyasəti yeridən bu qurumun sosial bazası çox zəifdi. Bakı XKS-nin yeganə dayağı olan milli qırğında simasını itirmiş hərbi dəstələrdə qulluq edən əsgərlərin yarıdan çoxunun (13 min nəfər), zabitlərin isə hamısının erməni olduğu məlumdur. Hərbi qüvvələrə ümumi rəhbərliyi Azərbaycan əhalisinə qarşı soyqırımında xüsusi amansızlığı ilə fərqlənən Z.Avetisov, N.Kazaryan və Hamazasp həyata keçirirdi. Düşmən tapdağı altında olan Bakı şəhəri və soyqırımından güc-bəla ilə canını qurtara bilən şəhərin türk-müsəlman əhalisi xilas olacağı günü səbirsizliklə gözləyirdi.
SUAL VƏ TAPŞIRIQLAR:
1918-ci ilin yazında dərinləşən siyasi böhrandan sonra Cənubi Qafqaz Seyminin dağılması reallaşdı. İlk vaxtlar muxtariyyət arzusunda olan milli ziyalılar və ictimai xadimlər bu reallığı daha tez dəyərləndirib müstəqillik uğrunda mübarizəyə səsləyən çıxışlar etməyə başladılar. Çünki Şimali Azərbaycandakı mürəkkəb siyasi vəziyyət, Bakı XKS-nin milli qırğın siyasəti və Seymin bu qırğınların qarşısını almaq üçün kəsərli tədbirlər görməməsi müstəqillik uğrunda mübarizəni labüd etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması müstəqil dövlət kimi tanınmağımız üçün çox böyük tarixi əhəmiyyətə malik idi. Bəs Şimali Azərbaycan tam müstəqil ola bildimi? Xalqımızın mənfur düşmənləri cəzalandırıldımı?
AXC, Milli Şura, M.Ə.Rəsulzadə, F.Xoyski, Batum müqaviləsi, Qafqaz İslam Ordusu, Nuru paşa