Sarıqamış döyüşündən sonra Qafqaz cəbhəsində üstünlük rusların əlinə keçdi.
1915-ci ilin yazında Şərqi Anadoluda ruslara qarşı ağır döyüşlər baş verərkən ermənilər xəyanət edərək qiyam qaldırıb açıq şəkildə Osmanlı ordusuna arxadan zərbə vurdular. Rus ordusu irəlilədikcə ermənilərin türk-müsəlman və kürd əhaliyə qarşı qətl və qarətləri kütləvi hal aldı. Aprelin 15-də Vanda ermənilər türklərə qarşı yeni qətllər törətdilər. İğdırda, Ərzurumda, Qarsda və bir çox bölgələrdə də qətllər həyata keçirildi.
Müharibə davam edərkən ermənilərin dinc əhaliyə qarşı qətliamlarına göz yumula bilməzdi. Aprelin 24-də İstanbulda əhalini Osmanlı dövləti əleyhinə çıxışlara təhrik edən erməni nümayəndələri həbs olundu. Mayın 27-də çıxarılan qanuna görə, ermənilərin Osmanlı imperiyasının şərq bölgələrindən daha içəriyə - İraq, Suriya və Livan bölgələrinə köçürülməsi qərara alındı.
Şərqi Anadoluda ermənilər tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımını müzakirə edin.
Birinci Dünya müharibəsində qəhrəmanlıq göstərən bəzi azərbaycanlılar | |
Əliağa Şıxlinski |
|
Səməd bəy Mehmandarov |
|
Hüseyn xan Naxçıvanski |
|
İbrahim ağa Vəkilov |
|
Fərrux ağa Qayıbov |
|
Rusiya imperiyasının ordusunda xidmət edən daha hansı azərbaycanlı hərbçiləri tanıyırsınız? Məlumat toplayın.