1905-ci ildə daşnak zabitinin başçılıq etdiyi böyük erməni quldur dəstəsi Cəbrayıl qəzasının Qacar kəndinə hücum etdi. Qacarlılar köməyə gəlmiş könüllülərlə birlikdə ermənilərlə qeyri-bərabər döyüşə girməkdən çəkinmədilər. 400 erməni qulduru məhv edildi. Düşmən məğlub olub biabırcasına qaçdı.
Ermənilər Şuşa şəhərində türk-müsəlman əhalini kütləvi məhv etmək üçün böyük hərbi qüvvə topladılar. 1905-ci ilin avqustunda ermənilərin Şuşada törətdiyi qırğınların qarşısını almaq üçün Azərbaycan əhalisi qəhrəmanlıqla döyüşə atıldı. Şuşalılara ölkəmizin hər yerindən yardım edilirdi. Cəlil Məmmədquluzadənin xanımı Həmidə xanım Cavanşir, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov da döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərmişdilər.
1905-ci il avqust məğlubiyyətindən dərs almayan ermənilər 1906-cı ilin iyulunda Şuşa və onun ətrafına böyük quldur dəstəsi topladılar. Onlar Şuşadakı rus qoşununun başçısı general V.Qoloşapova rüşvət verdilər ki, rus hərbçiləri azərbaycanlı əhali yaşayan yerlərə basqınlarda iştirak etsinlər. Müsəlmanlara qarşı qırğının davam etdiyi beş gün ərzində V.Qoloşapovun əmrinə əsasən, çoxlu azərbaycanlı evi top atəşi ilə dağıdıldı və ya yandırıldı. Birləşmiş erməni-rus hərbi qüvvələrindən qat-qat az olan və pis silahlanmış azərbaycanlı könüllülər düşməni rüsvayçılıqla qaçmağa məcbur etsələr də, hər yerdə erməni vəhşiliklərinin qarşısını almaq mümkün olmurdu.
Ermənilər öz xislətlərinə uyğun olaraq azərbaycanlıların etibarından və mərhəmətli olmasından məharətlə istifadə edirdilər. Onlar danışıqlara girərək bir kəndin sakinləri ilə sülh bağlayır, digər kənddə isə qırğın törədirdilər.