Şah hökuməti tərəfindən Səttarxanın üzərinə daşnak Yeprem Davidyansın quldur dəstəsinin hücumu təşkil edildi. Səttarxan yaralanaraq Tehranda ev dustağına çevrildi. Şah hökuməti rus qoşunlarının köməyi ilə 1911-ci ilin dekabr ayında Cənubi Azərbaycan azadlıq hərəkatını qan içində boğdu. Bütün şəhərlərdə əncümənlər dağıdıldı və inqilab rəhbərlərinə divan tutuldu.
İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, iranlılıq təklifin ifa eylədi,
Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
(M.Ə.Sabir)
Verilmiş şeir parçasına əsasən, ayrı-ayrı imperiyalar tərəfindən parçalanmış xalqımızın mənəvi birliyə, vahid əqidəyə malik olduğunu əsaslandırın.
SUAL VƏ TAPŞIRIQLAR: