Bu kəndlilər “müvəqqəti mükəlləfiyyətli” sayılırdılar. XX əsrin əvvəllərində sahibkar kəndində torpaq məsələsini tam həll etmək üçün hökumət önəmli addım atdı. 1912-ci il dekabrın 20-də çar tərəfindən “Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi surətdə sa tın alın ması haqqında” Qanun imzalandı. 1913-cü ildə imzalanmış başqa bir qanuna görə, Zaqatala dairəsi və Dağıstanın, o cümlədən Dərbənd bölgəsinin sahibkar kəndliləri feodal asılılığından azad edildilər. Kəndlilər pay torpağını məcburi surətdə satın almalı idilər. Dövlətin bəylərə və keşkəl (torpaq) sahiblərinə birdəfəlik ödədiyi torpaq pulunu onlar 20 il müddətində dövlət xəzinəsinə qaytarmağa məcburdular.
1912-1913-cü illərdə qəbul edilmiş aqrar qanunları Şimali Azərbaycan kəndlərində qolçomaq və fermer təsərrüfatlarının inkişafı üçün daha əlverişli şərait yaratdı. Nəticədə, kəndlərdə sosial təbəqələşmənin dərinləşməsi və kapitalizmin inkişafı sürətləndi.
SUAL VƏ TAPŞIRIQLAR: