SUAL VƏ TAPŞIRIQLAR:
XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üsyanlar |
1863-cü il Zaqatala üsyanı |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |
Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanın Araz çayından cənubdakı torpaqları Qacarlar dövlətinin tabeliyində qaldı. Bu dövrdə Cənubi Azərbaycan dövlətin ən mühüm hissəsi hesab edilir və bilavasitə vəliəhd tərəfindən idarə olunurdu. Cənubi Azərbaycanda Qacarların hakimiyyəti dövründə sosial-iqtisadi sahədə hansı dəyişikliklər baş verdi? Qacarlar dövlətində azərbaycanlı əhalinin həyat şəraitinin ağırlaşmasının əsas səbəbləri nə idi?
Qacarlar sülaləsi, komprador burjuaziya, kəsbkarlıq, Babilər hərəkatı, “Tənbəki üsyanı”, Zeynəb paşa
Təbriz Qacarlar dövlətində ikinci paytaxt rolu oynayırdı, xarici diplomatik nümayəndələrin iqamətgahı burada yerləşirdi. Əyalətin idarə olunması rəsmən vəliəhdin ixtiyarında idi. Adətən, şahzadələr içərisindən təyin olunan valinin sərəncamında olan böyük idarəçilik aparatına Təbriz şəhəri bəylərbəyi, əyalətdə yerləşən nizami qoşun hissələrinin başçısı - əmir-nizam, əyalətin maliyyə işlərinin baş nəzarətçisi və digər dövlət məmurları daxil idilər. Şahzadə və onun ətrafındakı məmurlar öz vəzifələrindən sui-istifadə edərək xalqı soyurdular.
Cənubi Azərbaycandakı məmur özbaşınalığını Şimali Azərbaycandakı komendant idarə üsulu ilə müqayisə edin.
Sosial-iqtisadi vəziyyət. XIX əsrin əvvəlində Cənubi Azərbaycan Qacarlar dövlətinin dörd əyalətindən birinə çevrildi. Buradakı xanlıqlar tədricən ləğv edildi və yerində vilayətlər yaradıldı.