Bunların biri millətin dirəkləri olan dil, o biri isə dindir. Elə ki bunlardan biri əldən getdi, xalqın “beli sınmış” olur. İkincisi də gedəndə xalq qeyri xalqlara qarışıb sürətlə yox olur”.
Millətimiz ağır müstəmləkə şəraitində belə, öz türk kimliyini, dilini və dinini bütün vasitələrlə qoruyub saxlamağa çalışırdı.
XIX əsr Azərbaycan ictimai fikrinə hürriyyət (azadlıq) ideyasının təsirini izah edin.
Azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri Cəlil Məmmədquluzadə olmuşdur Onun nəşr etdiyi “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı idi.
Cəlil Məmmədquluzadə “Azərbaycan” adlı məqaləsində “Dilim hansı dildi?”, “Haradır Azərbaycan?” suallarına cavab verməklə Azərbaycan ifadəsini məkan anlayışından milli ideya səviyyəsinə qaldırmışdı.
Azərbaycançılıq ideyasının milli azadlıq hərəkatında rolunu müzakirə edin.
Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranmışdır. Bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın görkəmli ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olmuşdur Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım xalqın maarifləndirilməsi yolunda böyük əziyyətlərə qatlaşmış, öz mənzilində uşaqlara dərs demiş, rus nağıllarından tərcümələr edərək onlara danışmışdır O, ev-ev gəzib qadınlara tikmək, yazıb-oxumaq öyrətmiş, onların hüquqları uğrunda mübarizə aparmışdır Uşaqları peyvənd etdirmiş, Zərdab bölgəsində onlarla insanı ömürlük kor olmaqdan xilas etmişdir.
Mənbə əsasında Şimali Azərbaycan əhalisinin üzləşdiyi problemləri ve Hənifə xanım Məlikovanın xeyriyyəçi fəaliyyətini müzakirə edin.