XIX əsrin II yarısında Azərbaycanda dəmir yolları xətləri | ||
Tarix | Hadisə | Nəticə |
1883-cü ildə |
|
Bakını Tiflis-Batum dəmir yolu ilə birlikdə Qara dəniz sahili ilə birləşdirdi. |
1900-cü ildə |
|
Cənubi Qafqaz dəmir yolu ümum-Rusiya dəmir yoluna birləşdirildi. |
Ümumi nəticə |
|
XIX əsrin son rübündə Azərbaycan neftinin mühüm bir hissəsi Xəzər dənizində tankerlər vasitəsilə daşınırdı. Dənizdə neft daşıyan gəmilərin əksəriyyəti buxarla işləyirdi. Rusiyanın bütün dəniz donanmasının daşıdığı yüklərin yarıya qədəri Xəzər dəniz donanmasının payına düşürdü.
Nəqliyyatla yanaşı, rabitə də inkişaf edirdi. XIX əsrin 60-cı illərində Tiflisi İrəvan, Naxçıvan, Gəncə və Bakı ilə birləşdirən teleqraf xətləri çəkildi. Daha sonra Xəzər dənizinin dibi ilə Bakı - Krasnovodsk teleqraf xəttinin çəkilişi başa çatdırıldı. 1886-cı ildə Bakı şəhərində ilk mərkəzləşdirilmiş telefon stansiyası işə salındı.
Ticarət və şəhərlər. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda daxili ticarətin təşkilində yeni formalar yaranmışdı. Bu formalardan biri yarmarka idi. Bakıda ilk yarmarka 1887-ci ildə təşkil edilmişdi. Kapitalist ticarətinin təşkilinin daha ali forması isə birja1 hesab edilirdi. Cənubi Qafqazda ilk birja XIX əsrin sonunda Bakıda fəaliyyətə başladı. Ticarət kapitalının təmərküzləşməsi ilə bu sahədə ilk inhisarlar məhz Bakıda yarandı.
1897-ci ilin məlumatına görə, Şimali Azərbaycanda əhalisinin sayına görə ən böyük şəhər Bakı idi. Bir neçə onillik ərzində Bakı şəhərində əhalinin sayı on dəfəyə yaxın artmışdı. Gəncə isə əhalisinin sayına görə ikinci böyük şəhər idi.
SUAL VƏ TAPŞIRIQLAR:
1Birja - əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışı ilə məşğul olan, vaxtaşırı fəaliyyət göstərən ticarət və topdansatış bazarı