Kükürd turşusu zavodlarında Gədəbəy mis mədənlərindən çıxarılan kükürd kolçedanından neftayırma sənayesi üçün çox vacib olan kükürd turşusu istehsal olunurdu. Neft sənayesinin inkişafı nəticəsində əldə edilmiş böyük gəlirlərin bir hissəsi isə Şimali Azərbaycanın digər sənaye sahələrinə yatırılırdı.
Dünya mətbuatında neft maqnatlarının təşkilatlanması haqqında geniş materiallar dərc edilirdi.
H.Z. Tağıyev də nüfuzlu neft sənayeçiləri arasındadır.
Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı fəaliyyət göstərdiyi zaman Bakıda istehsal olunan neft məhsullarının 98%-ni verirdi. Daxili çəkişmələr üzündən bu inhisar birliyi 1897-ci ildə dağıldı. H.Z.Tağıyev 1897-ci ildə başqa sənaye sahələrinə kapital qoymaq üçün öz neft mədənlərini emal müəssisələri ilə birlikdə 5 milyon rubla ingilis kapitalistlərinə satdı. Bu müəssisələr əsasında formalaşan “Oleum” şirkətinin 1 milyon rublluq səhmini1 isə öz əlində saxladı.
SUAL VƏ TAPŞIRIQLAR:
1Səhm -sahibinin hər hansı şirkətin kapitalının bir hissəsinə malik olduğunu təsdiq edən qiymətli kağız